Bu layihə Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus Koroğlu HUB ərazisində yanğın siqnalizasiya sisteminin quraşdırılması və təhlükəsizlik səviyyəsinin artırılmasını nəzərdə tutur.
Koroğlu nəqliyyat mərkəzində yanğın təhlükələrinin vaxtında aşkar olunması, insan həyatının qorunması və operativ xəbərdarlıq sisteminin qurulması əsas məqsəddir. Sistem FHN tələblərinə və beynəlxalq standartlara (EN 54, ISO 7240) uyğun şəkildə icra olunur.
Sahənin texniki təhlili və layihələndirmə
Detektorlar, siqnalizatorlar və idarəetmə panelinin montajı
Kabel xətlərinin çəkilişi və sistem inteqrasiyası
Sınaq, yoxlama və istismara təhvil
İstifadəçi təlimi və sənədlərin təqdim olunması
Layihədə etibarlı və sertifikatlı brendlərdən olan tüstü və istilik detektorları, siqnalizatorlar, əl butonları, idarəetmə paneli və enerji ehtiyat sistemləri istifadə olunur. Sistem fasiləsiz 24/7 rejimdə işləməyə uyğunlaşdırılıb.
Yeni sistem nəticəsində Koroğlu HUB ərazisində yanğın təhlükələri operativ şəkildə aşkarlanacaq, təxliyə vaxtında həyata keçiriləcək və əmlakla yanaşı insan həyatı da etibarlı şəkildə qorunacaq.