Azin Technology olaraq yalnız sistemlərin quraşdırılması ilə kifayətlənmir, onların uzunmüddətli və fasiləsiz işləməsini təmin etmək üçün texniki xidmət və periodik baxım xidmətləri də təqdim edirik.
Xidmətimizin əsas məqsədi:
Quraşdırılmış yanğın təhlükəsizliyi sistemlərinin daim işlək vəziyyətdə saxlanılması, istənilən nasazlığın vaxtında aşkarlanması və qarşısının alınmasıdır.
Yanğın siqnalizasiya və avtomatik söndürmə sistemlərinin periodik yoxlanılması
Avadanlıqların funksional testləri və diaqnostikası
Batareyaların, sensorların və digər komponentlərin texniki vəziyyətinin yoxlanması
Sistemdə nasazlıqların aşkarlanması və operativ aradan qaldırılması
Protokol və baxış aktlarının tərtibi
FHN tələblərinə uyğun servis planlaması və hesabatlılıq
Fövqəladə hallarda yerində texniki dəstək və müdaxilə
Sistemlərin daim işlək və effektiv qalması üçün
Qanunvericiliyə və FHN tələblərinə uyğunluq
Avadanlıqların ömrünün uzadılması
Potensial yanğın risklərinin vaxtında qarşısının alınması
İş yerində və ya obyektinizdə təhlükəsizliyin təmin edilməsi
Texniki xidmət planlarımız aylıq, rüblük və illik əsasda təqdim olunur və layihənizin ölçüsünə uyğun şəkildə fərdiləşdirilə bilər.
Unutmayın: Texniki baxım – təhlükəsizlik sisteminin ürəyidir